Hər bir tələbə onlayn qeydiyyatdan keçmək üçün aşağıda qeyd olunan sənədlərin skan olunmuş

      PDF formatda (kağız sənədlərin elektron sənədə keçirilmiş forması) əldə etməlidir.

 1.     Tam orta təhsil haqqında ATTESTAT   (skan olunmuş PDF formatda)

2.     Tibbi arayış   (skan olunmuş PDF formatda)

3.     Təhsil haqqının ödəniş qəbzi     (skan olunmuş PDF formatda)

4.     Şəxisiyyət vəsiqəsi    (skan olunmuş PDF formatda)

5.     Tələbənin iş nömrəsi

6.     Şəxsi e-mail ünvanı

7.     Foto şəkil 3x4      (elektron formatda JPEG, JPG)


Ödənişli əsaslarla təhsil alacaq tələbələr üçün bank rekviziti

 

Adı: Azərbaycan Tibb Universiteti
Ünvan: Ənvər Qasımzadə 14
Hesab N: AZ96AIIB38060019440137243111
VÖEN: 1400457111
BANK: Kapital Bank ASC Nəsimi filialı
Kodu: 200112
VÖEN bank: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. Bik: AIIBAZ 2X

 


Güzəştli kateqoriyaya aid olan tələbələrin təhsil haqqından azad olunması üçün lazım olan sənədlər

 

 1.     Valideyn himayəsindən məhrum olan tələbələr üçün

  •  Valideyninin ölüm haqqında şəhadətnaməsinin surəti  (skan olunmuş PDF formatda)
  •  Özünün doğum haqqında şəhadətnaməsinin surəti   (skan olunmuş PDF formatda)
  •  Digər valideynin 1 və 2-ci qrup əlil olmağı haqqında həkim məsləhət komissiyasının rəyi (arayışı) və əlilliyi olan valideynin şəxsiyyət vəsiqəsinin surəti  (skan olunmuş PDF formatda)

 

 2.     1 və 2-ci qrup əlil olan tələbələr üçün

  •  Tibbi sosial ekspert komissiyasının arayışı   (skan olunmuş PDF formatda)
  •  Şəxsiyyəti təsdiq edən vəsiqənin surəti  (skan olunmuş PDF formatda)

 

 3.     Məcburi köçkünlər üçün

  •  Köçkünlük haqqında vəsiqənin notariat qaydada təsdiqlənmiş surəti (vəsiqəni təqdim etdiyi vaxta uyğun təsdiqlənmiş)  (skan olunmuş PDF formatda)

 

 4.     Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətandaşların uşaqları üçün

  •  Valideynin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlər zamanı əlil olması haqqında həkim məsləhət komissiyasının rəyi (arayışı)  (skan olunmuş PDF formatda)
  •  Valideynin şəxsiyyət vəsiqəsinin surəti  (skan olunmuş PDF formatda)
  •  Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti  (skan olunmuş PDF formatda)

 

 5.     Şəhid ailəsinin üzvləri

  •  Şəhid ailəsi statusunu təsdiq edən sənədin surəti  (skan olunmuş PDF formatda)
  •  Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti  (skan olunmuş PDF formatda)